Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.22.2025 | 23:00 | Baxılıb: 2942
İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Barselona” iki ildən sonra yenilənmiş “Kamp Nou” stadionunda azarkeşlərinin qarşısına çıxıb.

“omrum.az” xəbər verir ki, Kataloniya təmsilçisi evdə “Atletik Bilbao”nu 4:0 hesabı ilə məğlub edərək yeni arenasına möhtəşəm geri dönüş edib.

Qolları 4-cü dəqiqədə Robert Levandovski, 45-ci və 90-cı dəqiqələrdə Ferran Torres, 48-ci dəqiqədə isə Fermin Lopes vurub.

Bu qələbə ilə “Barselona” xalını 31-ə yüksəldərək, oyun sayında bir matç artıq olmaqla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Atletik” isə 17 xalda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.