“omrum.az” səfər çərçivəsində Azərbaycan baş prokuroru ilə Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.
Baş prokuror Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq, bunun qurumlarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd etmiş, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.
Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.