Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bayden müalicəyə başladı
 
						Bayden müalicəyə başladı
Əlavə olunub: 05.31.2025 | 09:42 | Baxılıb: 848
ABŞ-nin keçmiş Prezidenti Co Bayden onkoloji xəstəliyi üçün təyin edilən dərmanları qəbul etməyə başlayıb.

“omrum.az” “The Washington Post”a istinadən xəbər verir ki, Bayden bu barədə Delaver ştatında tədbir zamanı danışıb.

Onun sözlərinə görə, hazırda cərrahla işləyir: “Proqnoz yaxşıdır, hər şey üzərində çalışırıq. Hər şey irəliyə doğru gedir və özümü yaxşı hiss edirəm. Bütün insanlar çox optimist ruhdadırlar”.

Bayden əlavə edib ki, müalicə 6 həftə ərzində konkret bir dərmanın qəbulunu nəzərdə tutur, daha sonra isə başqa dərman qəbul etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl 82 yaşlı Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.