Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Baydenə xərçəng diaqnozu qoyuldu
 
						Baydenə xərçəng diaqnozu qoyuldu
Əlavə olunub: 05.19.2025 | 08:36 | Baxılıb: 2683
ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

“omrum.az” xəbər verir ki, Baydenin ofisindən onun səhhəti ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətlərindən sonra həkimlər tərəfindən müayinə edildiyi, mayın 16-da ona sümüklərə metastaz verən aqressiv prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.

Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə paylaşılıb.

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabından Baydenlə bağlı paylaşım edib: 

“Melaniya və mən Co Baydenə qoyulan son tibbi diaqnozdan çox kədərləndik. Cill və onun ailəsinə ən səmimi,ən xoş arzularımızı çatdırırıq, Coya tezliklə sağalmağı arzu edirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.