Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 03:37 | Baxılıb: 1058
BBC ABŞ Prezidenti Donald Trampdan 6 yanvar 2021-ci il nitqinin “Panorama” proqramında yanlış montaj edilməsinə görə üzr istəyib.

“omrum.az” BBC-yə istinadən xəbər verir ki, montaj nitqin müxtəlif hissələrini birləşdirərək, Trampın “zorakılığa çağırış etdiyi” təəssüratı yaratmışdı.

BBC həmin buraxılışın yenidən yayımlanmayacağını açıqlayıb.

Lakin korporasiya Trampın 1 milyard dollarlıq kompensasiya tələbinə “hüquqi əsas yoxdur” deyərək imtina edib.

BBC bildirib ki, proqram ABŞ-də yayımlanmayıb, montaj qəsdən edilməyib və Trampa zərər vurmayıb.

Qalmaqal BBC-nin baş direktoru Tim Deivinin və xəbər rəhbəri Debora Törnessin istefası ilə nəticələnib.

Tramp isə BBC-ni sistemli şəkildə təhrif və nüfuzdan salma cəhdində ittiham edir. BBC məsələ ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.