Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Benzia bu kluba keçə bilər
 
						Benzia bu kluba keçə bilər
Əlavə olunub: 07.05.2025 | 17:14 | Baxılıb: 2165
“Qarabağ”dan ayrılan Yassin Benzia karyerasını Çində davam etdirə bilər.

“omrum.az” xəbər verir ki, “Çanqçun Yatai” azad agent statusunda olan əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Bu barədə “Africafoot” məlumat yayıb. Çin klubu 30 yaşlı futbolçuya yüksək maaş təklif edib. Benzia hələ qərarını verməyib.

Qeyd edək ki, Benzia 2023-cü ilin yanvar ayında “Qarabağ”a keçmişdi. Əlcəzair millisinin üzvü komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.