Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Berbok deputat mandatından imtina etdi
 
						Berbok deputat mandatından imtina etdi
Əlavə olunub: 06.16.2025 | 23:17 | Baxılıb: 2579
Almaniya xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra deputat mandatından imtina edib.

“omrum.az” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti məlumat yayıb.

“Keçmiş xarici işlər naziri parlamentdəki kreslosundan imtina etdiyini rəsmən bəyan edib. Belə ki, hesabata görə, Yaşıllar Partiyasından olan siyasətçi iyunun 30-dan sonra Almaniya Bundestaqını tərk edəcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, iyunun 2-də Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.