Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq vəfat etdi - Yenilənib
 
						Beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq vəfat etdi 
							 - Yenilənib
Əlavə olunub: 04.17.2025 | 14:47 | Baxılıb: 3605
Azyaşlı binadan yıxılaraq ağır xəsarət alıb.

“omrum.az"in məlumatına görə, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın 5-ci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Ağır xəsarət alan uşaq Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılır.

***

Son məlumata görə, azyaşlının xəstəxanayaqədər ölümü qeydə alınıb.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:00 radələrində Suqovuşan qəsəbəsi ərazisindən hündürlükdən yıxılma səbəbilə çağırış daxil olub. 

Çağırış yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 2021-ci il təvəllüdlü (kişi cinsli) azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.