Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bəşir Süleymanlı və Alpay Məmməd həbs edildi - Yenilənib
 
						Bəşir Süleymanlı və Alpay Məmməd həbs edildi 
							 - Yenilənib
Əlavə olunub: 03.14.2025 | 20:58 | Baxılıb: 10158
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

“omrum.az"in məlumatına görə, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
***

“Seçki Müşahidə” Alyansının icraçı direktoru Alpay Məmməd də cinayət məsuliyyətinə cəlb edilib.

A.Məmməd barəsində də 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.