“omrum.az"in məlumatına görə, ötən ayın 28-də Beyləqanda yerləşən “Kral” şadlıq sarayında təmir işləri aparan zaman rayon sakini olan iki usta - Cəfərov Elşən və Süleymanov Rauf ağır xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov paytaxtda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.
Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.
Hadisə zamanı xəsarət alan digər usta Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 28-i saat 17:00 radələrində Beyləqan rayonunda hündürlükdən yıxılma hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1973-cü il təvəllüdlü şəxsə başın açıq yarası, 1976-cı il təvəllüdlü şəxsə isə bel nahiyəsinin küt travması diaqnozu təyin edilib.
1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1976-cı il təvəllüdlü şəxs ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Ziya Əmirxanlı