Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Beynəlxalq axtarışa verilmişdilər, üçü də Azərbaycana gətirildi
 
						Beynəlxalq axtarışa verilmişdilər, üçü də Azərbaycana gətirildi
Əlavə olunub: 04.25.2025 | 19:20 | Baxılıb: 6736
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan “omrum.az”ya verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.