Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
 
						“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” 
							 - Zelenski
Əlavə olunub: 05.04.2025 | 11:41 | Baxılıb: 2152
“Bəzi ölkələr atəşkəs razılaşmasına nail olduqdan sonra Ukraynanı Rusiyaya qarşı tək qoya bilər”.

“omrum.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İlk addımı atmağın - atəşkəsin nə qədər çətin olduğunu görürsünüz. Siqnallar var ki, atəşkəs razılaşmasından sonra bəzi dövlətlər bizim Rusiya ilə baş-başa qalmağımızı istəyəcəklər”, - Ukrayna lideri bildirib.

Zelenski konkret hansı ölkələrdən danışdığını açıqlamayıb. Lakin onun fikrincə, Avropa regionda bir çox məsələlərin bir-biri ilə bağlı olduğunu nəzərə alaraq Ukraynanın yanında olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.