Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 19:00 | Baxılıb: 5655
“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

“omrum.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin “Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular” sütununun “Boy (sm-lə)” sətrinin 17-ci qrafasında “170” rəqəmləri “160” rəqəmləri ilə əvəz edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.