Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü
 
						Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü
Əlavə olunub: 05.14.2025 | 09:51 | Baxılıb: 1357
Göyçay rayonunun Bığır kəndinda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub.

“omrum.az” xəbər verir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.

O, dünən yaşadığı evdə ölüb.

Qeyd edək ki, mayın 11-də də Göyçayın Bığır kəndində oxşar hadisə baş vermişdi. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü.

Hər iki faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.