Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Biləsuvarda 42 yaşlı kişi ov tüfəngi ilə güllələndi - Yenilənib
 
						Biləsuvarda 42 yaşlı kişi ov tüfəngi ilə güllələndi 
							 - Yenilənib
Əlavə olunub: 03.02.2025 | 14:27 | Baxılıb: 5259
Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.

Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “omrum.az”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb. 

Hadisə tərəflər  arasında yaranan mübahisə zəminində baş verib. 

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.