Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Biləsuvarda ağır yol qəzası, xəsarət alanlar var - Fotolar
 
						Biləsuvarda ağır yol qəzası, xəsarət alanlar var 
							 - Fotolar
Əlavə olunub: 05.30.2025 | 17:56 | Baxılıb: 1631
Bu gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, köhnə Ələt-Astara magistralında “Ford” markalı yük avtomobili ilə “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin, xüsusilə ağır olduğu bildirilir.

Fakta bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.