Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir ailə dəm qazından məhv oldu...
 
						Bir ailə dəm qazından məhv oldu...
Əlavə olunub: 04.21.2025 | 12:03 | Baxılıb: 8956
Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

“omrum.az"in məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Bəyimsarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.