Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Yenilənib
 
						Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi 
							 - Yenilənib
Əlavə olunub: 02.25.2025 | 09:18 | Baxılıb: 1949
Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

“omrum.az” xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Fərdi yaşayış evindən 6 nəfər - Səidə Əmirova, Saleh Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “omrum.az”ya verilən məlumata görə, fevralın 24-də saat 10:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün  evə buraxılıblar

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.