Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir ailənin üzvləri zəhərləndi - 90 yaşlı kişi öldü
 
						Bir ailənin üzvləri zəhərləndi 
							 - 90 yaşlı kişi öldü
Əlavə olunub: 03.03.2025 | 13:30 | Baxılıb: 2458
Ordubadda dəm qazından zəhərlənmə olub.

“omrum.az” xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb. 

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.