Bu şikayətlə “omrum.az”ya həmin yoldan gündəlik olaraq istifadə edən sürücü və sərnişinlər müraciət edib.
Onların sözlərinə görə, bu səbəbdən avtobuslar üçün nəzərdə tutulan zolaq həmin hissədə işlək vəziyyətdə deyil. Nəticədə ictimai nəqliyyat vasitələri məcburən maşın yoluna daxil olur. Xüsusilə axşam saatlarında onsuz da tıxaclı olan yolda hərəkət daha da çətinləşir, sıxlıq artır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Xidmətdən müraciətimizə belə cavab verildi: “Qeyd olunan ünvanda tullantı su quyusunun təmiri və bərpası istiqamətində işlər görülüb. Hazırda təmir işləri yekunlaşdırılıb, bir neçə gün ərzində asfalt qatı bərpa ediləcək”.
***
Müraciətimizdən sonra Zabrat yolundakı həmin çuxurun üzərindəki asfalt qatı bərpa olunub.
Lamiyə Məmmədova