Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir gündə kartlardan 67 min manat oğurlandı
 
						Bir gündə kartlardan 67 min manat oğurlandı
Əlavə olunub: 04.08.2025 | 12:19 | Baxılıb: 6777
Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarının talanması halları davam edir.

“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:

“Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.