Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir müddət səhnəyə çıxa bilməyəcək
 
						Bir müddət səhnəyə çıxa bilməyəcək
Əlavə olunub: 08.21.2025 | 14:05 | Baxılıb: 1667
Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovda 2-ci tip şəkərli diabet xəstəliyi aşkar edilib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb. 

Bildirilib ki, sənətçi zəiflik və əhval-ruhiyyəsinin tez-tez dəyişməsindən əziyyət çəkir. 

Bununla belə, hər gün insulin iynəsi vurulan Kirkorov pəhriz saxlamaqdan imtina edir. 

Məlumata görə, həkimlər aprel ayındakı konsertində atəşfəşanlıq zamanı aldığı yanıq xəsarətlərindən sonra müğənninin diabet xəstəliyindən əziyyət çəkməsindən şübhələniblər. Belə ki, onun yarası uzun müddət sağalmayıb ki, bu da diabetin əlamətlərindən biridir. 

58 yaşlı Kirkorov səhhəti ilə bağlı hələ konsertlərinə geri dönə bilməyəcək. Yeni konsert isə 2026-cı ilin fevralına planlaşdırılıb. 

Xatırladaq ki, rusiyalı müğənni aprelin 25-də Sankt-Peterburqdakı konserti zamanı yanıq xəsarətləri alıb. Onun bel hissəsinə quraşdırılan pirotexniki avadanlıq səbəbindən pencəyinin bir hissəsi alışıb. Nəticədə aldığı xəsarətlərdən onda dəri nekrozu yaranıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.