Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır
 
						Birgə Bəyannamə imzalanacaq 
							 - Şahid Trampdır
Əlavə olunub: 08.08.2025 | 03:26 | Baxılıb: 6228
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması gözlənilir.

“omrum.az"in əldə etdiyi məlumata görə, bu Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğvi də öz əksini tapacaq.

Belə ki, sənədə əsasən, hər iki ölkə sözügedən qurumun ləğvi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək.

Birgə Bəyannaməyə əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişi də paraflanacaq. Bununla da İrəvan Azərbaycanın digər ikinci şərtini – Ermənistan Konstitusiyasına dəyişikliyinin zəruriliyini qəbul edir.

Sənəddəki ən vacib məsələrdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Belə ki, Birgə Bəyannaməyə əsasən, Azərbaycanın əsas ərazisi olan Naxçıvanla quru yolla maneəsiz keçidin təmin edilməsi təsdiqlənəcək.

Qeyd edək ki, sözügedən sənədin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanması gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.