Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 23:55 | Baxılıb: 1271
UEFA Çempionlar Liqasının 5-ci turunda sabah “Qarabağ” səfərdə “Napoli”nin qonağı olacaq.

“omrum.az” xəbər verir ki, bu gün oyundan öncə keçirilən mətbuat konfransında Marko Yankoviç jurnalistlərin suallarını cavablandırıb:

“Napoli” güclü komandadır. İtaliya çempionu ilə oynamaq maraqlı olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimumuzu verməyə çalışacağıq”.

- Konte bildirmişdi ki, “Qarabağ” Çempionlar Liqasında çevriliş edən bir komandadır. Düşünürsünüzmü ki, sabahkı nəticə sizin istədiyiniz kimi olacaq?

- Çətin olacaq. Bizim də öz ambisiyalarımız var. 7 xalımız var və bu göstərir ki, güclü komandalara qarşı oynaya bilirik.

- Bir neçə il əvvəl başqa bir komandanın heyətində “Napoli”yə qarşı oynamısınız. Həmin vaxtdakı “Napoli” ilə indikini müqayisə etsəniz, nəyin dəyişdiyini görərsiniz?

- “Napoli”nin möhtəşəm oyunçuları var. Hər zaman güclü bir komanda olub. Az öncə də bildirdiyim kimi, biz öz oyunumuzu oynamağa çalışacağıq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.