Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı - Foto
 
						Biznesmenin avtomobilindən 124 min pul oğurlandı 
							 - Foto
Əlavə olunub: 02.28.2025 | 10:12 | Baxılıb: 7986
Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb.

“omrum.az"in əldə etdiyi məlumata görə, fevralın 26-da A.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən 90.000 manat və 20.000 dollar (34 min manat) oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.