Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“BMW”dən külli miqdarda pul oğurlandı
 
						“BMW”dən külli miqdarda pul oğurlandı
Əlavə olunub: 02.26.2025 | 13:47 | Baxılıb: 2610
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

“omrum.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən oğurluq olub.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən 3800 manat, 14 485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov saxlanılıb.

Onun “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurladığı da məlum olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.