Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Boğazına arı gedən milyarder öldü
 
						Boğazına arı gedən milyarder öldü
Əlavə olunub: 06.14.2025 | 10:42 | Baxılıb: 6641
Hindistanlı məşhur biznesmen, beynəlxalq “Sona Comstar” şirkətinin rəhbəri Sancay Kapur bədbəxt hadisə nəticəsində vəfat edib.

“omrum.az” “The Mirror” qəzetinə istinadən xəbər verir ki, hadisə iş adamı Böyük Britaniyada polo oynayarkən baş verib.

Belə ki, oyun zamanı 53 yaşlı milyarder təsadüfən arı udub və bundan sonra huşunu itirərək yerə yıxılıb. İlkin ehtimallara görə, arı Kapurun ağız nahiyəsindən sancıb və bu da anafilaktik şoka səbəb olub. Nəticədə isə iş adamı həyatını itirib. 

Qəzet yazır ki, Kapur polo oyununu sevməsi ilə məşhur olub. O, Britaniya şahzadəsi Uilyamla tanış olub və onun iştirakı ilə matçlarda iştirak edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.