Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
 
						Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi 
							 - Bu sözlərə görə
Əlavə olunub: 06.06.2025 | 17:38 | Baxılıb: 5307
Dini mahnılar oxuyan ilahiyyatçı Taleh Boradigahi Turan Partiyasının sədri Cahandar Bayoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“omrum.az"in əldə etdiyi məlumata görə, Boradigahi partiya sədrini şəxsinə qarşı böhtan xarakterli çıxışlar etməkdə və yalan məlumatlar yaymaqla işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edib.

Şikayətə əsas kimi Bayoğlunun televiziya kanallarının birində son günlərdə səsləndirdiyi fikirlər göstərilib. Həmin verilişin görüntüləri məhkəməyə təqdim olunub.

Partiya sədri efirdə bildirib ki, bu gün Azərbaycandan qastrola gedən müğənnilər arasında sərhəd bölgələrində Səfəvilər dövrünə aid şərqilər ifa edənlər var və bu tədbirlər şiə-sünni qarşıdurmasını qızışdırır: “Taleh Boradigahi də bu gün orada qastroldadır. Onlar Xameneinin artistləridir”.

Xüsusi ittihamçı bu və digər ifadələrin təhqir və böhtan xarakteri daşıdığını bildirərək qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Cahandar Bayoğlunun vəkili isə şikayətin əsassız olduğunu deyib və icraata götürülməməsini xahiş edib. Müdafiə tərəfinin fikrinə görə, hər kəsin söz və fikir azadlığı var və Bayoğlunun səsləndirdiyi fikirlərdə təhqir və böhtan cinayətlərinin əlamətləri yoxdur.

Məhkəmə tərəfləri dinlədikdən və təqdim olunan sübutları araşdırdıqdan sonra şikayətin əsassız olduğu qənaətinə gəlib. Nəticədə Taleh Boradigahinin xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata götürülməsindən imtina edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.