Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Boşanmıram, əl çəkin!” - Video
 
						“Boşanmıram, əl çəkin!” 
							 - Video
Əlavə olunub: 08.19.2025 | 11:01 | Baxılıb: 7242
Tanınmış azərbaycanlı model Diana Əhədpur son zamanlar haqqında yayılan boşanma iddialarına cavab verib.

“omrum.az"in məlumatına görə, model həyat yoldaşından boşanmadığını bildirib.

“Əl çəkin, boşanmıram. Haqqımda o qədər mif yayılır ki! Ən gülməlisi də elə boşanmaqdır. Mifin haradan və nə üçün çıxdığını da çox yaxşı bilirəm. Məncə bir çoxları da bilir. Amma boşanmadan da öz həyatınızı yaşaya bilərsiniz. Haqqımda deyilənlərin yüzdə əllisi həqiqət, yüzdə əllisi isə fantaziyadır”, - model bildirib.

Qeyd edək ki, Diana Əhədpur Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. O, iranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.