Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.23.2025 | 10:42 | Baxılıb: 1358
Almaniya kansleri Fridrix Mertsin Yohannesburqda keçirilən G20 sammiti zamanı Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə barışıq görüşü keçirilib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, görüş Mertsin Birləşmiş Millətlər Təşkilatının (BMT) COP-30 iqlim konfransına ev sahibliyi edən Belem şəhəri ilə bağlı söylədiyi fikirlərin Braziliyada hiddət doğurmasından sonra baş tutub.

Məlumata görə, onlar 40 dəqiqə ərzində bir-birlərini qucaqlayaraq söhbət ediblər.

Qeyd edilir ki, danışıqlar zamanı Braziliya lideri Mertsə yerli restoranlara baş çəkməyi və ölkənin rəqslərini öyrənməyi məsləhət görüb. Almaniya kanslerinin bu təklifi qəbul etdiyi bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.