Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Britaniya Çaqos adalarını geri verdi
 
						Britaniya Çaqos adalarını geri verdi
Əlavə olunub: 05.23.2025 | 00:25 | Baxılıb: 2331
Böyük Britaniya Çaqos adalarına nəzarəti Mavrikiyaya verib.

“omrum.az” xəbər verir ki, bunu Baş nazir Kir Starmer açıqlayıb.

Birləşmiş Krallıq adalara nəzarəti versə də, strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasının 99 illik icarə ilə nəzarət altında qalacağını açıqlayıb.

Starmer, bu addımın ölkənin son Afrika koloniyası kimi bilinən etik problemi həll etdiyini söyləyib.

Qeyd edək ki, 1814-cü ildən Britaniyanın nəzarətində olan Çaqos adaları müstəqillik qazanmazdan əvvəl 1965-ci ildə Mavrikidən ayrılaraq “Britaniya Hind Okeanı Ərazisi” olaraq bilinirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.