Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.09.2025 | 17:59 | Baxılıb: 3361
Britaniyalı alim və dietoloq Bezil Braun A vitamini ilə birlikdə həddindən artıq miqdarda kök şirəsi içdiyi üçün dünyasını dəyişib.

“omrum.az” xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Belə ki, 48 yaşlı mütəxəssis sağlam qidalanmanın tərəfdarı kimi tanınırdı. O, 10 gün ərzində təxminən 45 litr kök şirəsi qəbul edib və bunun nəticəsində orqanizmində hipervitaminoz A yaranıb.

Həkim sənədlərinə əsasən, bu vəziyyət qaraciyərin zədələnməsinə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarıb. Meyitin tibbi ekspertizası zamanı Braunun dərisində kökdəki karotinin artıq toplanması səbəbindən sarı-narıncı rəng dəyişimi müşahidə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.