Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 17:50 | Baxılıb: 3646
Avstraliyanın mühafizəkar “Bir millət” partiyasının lideri Polin Henson Senatın iclasına niqaba bənzər geyimdə qatılıb.

“omrum.az” “The Guardian”a istinadən xəbər verir ki, o, ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin qadağan edilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına nail ola bilmədikdən sonra etiraz əlaməti olaraq bu addımı atıb.

Partiya liderinin Senatın iclasına qısa geyimdə, hündürdaban ayaqqabıda və niqabı xatırladan geyimdə gəlməsi diqqət çəkib.

Həmkarları senatorun bu addımının insanların dini inanclarına görə lağa qoyulmasına yönəldiyini, həmçinin Avstraliya müsəlmanlarına qarşı hörmətsizlik olduğunu bildiriblər. 

Nəticədə, Henson yeddi gün müddətinə Senatdan uzaqlaşdırılıb. Bundan başqa, ona xarici nümayəndə heyətlərinin tərkibində parlamenti təmsil etmək qadağan edilib.

Qeyd edək ki, Polin Henson 2017-ci ildə də oxşar addımı ilə qalmaqala səbəb olmuşdu. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.