Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu barədə çox düşünmürəm”
 
						“Bu barədə çox düşünmürəm”
Əlavə olunub: 06.06.2025 | 19:11 | Baxılıb: 1238
“Sabah çalışacağıq ki, yaxşı oyun göstərək. Qələbə qazanmaq istəyirik”.

“omrum.az” xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Emin Mahmudov deyib. 

O, sabah Azərbaycan yığmasının Riqada Latviyaya qarşı keçirəcəyi yoldaşlıq matçından danışıb: “Rəqib də keyfiyyətli komandadır. Amma biz qalibiyyət üçün meydana çıxacağıq. Bunun üçün yaxşı hazırlaşmışıq”. 

Futbolçu “Millidə ilk qolunu Latviya yığmasına vurmusan və sabah da qol vursan milli tarixində yeganə bombardir olacaqsan. Bu barədə düşünürsən?”, - sualına belə cavab verib:

“Bu barədə çox düşünmürəm. Əsas komandanın qələbəsidir. Amma fürsət düşərsə, təbii ki, qol vurmağa çalışacağam. Çox düşünsəm, bu bir az da gecikər, daha gec olar”.

Elsevər Məmməd

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.