Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu, bizim “qırmızı xətt”imizdir” - İran rəsmisi
 
						“Bu, bizim “qırmızı xətt”imizdir” 
							 - İran rəsmisi
Əlavə olunub: 06.03.2025 | 20:54 | Baxılıb: 2622
“Bu yaxınlarda Omanın xarici işlər naziri tərəfindən Tehrana çatdırılan Vaşinqtonun təklifi çox qeyri-müəyyənlik və suallar ehtiva edir”.

“omrum.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, bu təklifdə bir çox məqamlar aydın deyil:

“İran torpağında zənginləşdirməni davam etdirmək bizim “qırmızı xətt”imizdir. Bu, bütün ölkələrin qəbul etdiyi bir reallıqdır. Zənginləşmə artıq iranlılar üçün milli qürur və şərəf məsələsinə çevrilib”, - İranın xarici işlər naziri vurğulayıb.

A. Əraqçi əlavə edib ki, Tehran bu məsələdə ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi güzəştə getməyəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.