Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu dəfə geyiminə görə tərifləndi - Video
 
						Bu dəfə geyiminə görə tərifləndi 
							 - Video
Əlavə olunub: 08.18.2025 | 21:46 | Baxılıb: 5428
Xəbər verdiyimiz kimi, hazırda Ağ Ev rəhbəri Donald Trampla Ukrayna lideri Volodimir Zelenski Oval kabinetdə mətbuat nümayəndələri ilə görüş keçirir.

“omrum.az” xəbər verir ki, sual-cavab zamanı aylar sonra yenidən Zelenskiyə geyimi ilə bağlı sual ünvanlanıb.

Belə ki, jurnalist onun bu geyimini bəyəndiyini və çox yaxşı göründüyünü bildirib. Tramp da jurnalistin bu fikri ilə razılaşdığını bildirib. Hətta, Trampın Zelenskini qarşılama kadrlarında da jestlərindən onun geyimini bəyəndiyi hiss olunub.

Zelenski isə gülərək belə cavab verib:

“Mən libasımı dəyişmişəm amma, siz yox”.

Xatırladaq ki, bu ilin fevralında Zelenskinin Trampla keçirilən görüşə hərbi formada qatılması, protokol qaydalarına uyğun geyinməməsi müzakirələrə səbəb olmuşdu. 

Amerikalı jurnalist kinayə ilə Zelenskidən kostyumunun olub-olmadığını soruşmuşdu. O isə bu cür geyinməsini ölkəsindəki hərbi vəziyyətlə əlaqələndirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.