Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gün Vaşinqtonda mühüm görüş var
 
						Bu gün Vaşinqtonda mühüm görüş var
Əlavə olunub: 08.08.2025 | 09:18 | Baxılıb: 4406
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

“omrum.az” xəbər verir ki, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır. 

Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir. 

Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.