“omrum.az” xəbər verir ki, bu barədə “The Pakistan Times” məlumat yayıb.
Bildirilib ki, Baş nazir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.
Səfər zamanı onu müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, informasiya və yayım naziri Attaullah Tarar və xüsusi köməkçi Tarik Fatemi müşayiət edir.
Ş.Şərif, həmçinin sammitdə iştirak edən dünya liderləri ilə də görüşəcək.
***
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistan Baş nazirini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.