
“omrum.az” xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən deyib.
O, Vaşinqtonun hədəfinin münaqişəyə son qoymaq olduğunu vurğulayıb:
“Bu, çoxdan baş verməli idi. Biz bunun necə olursa-olsun bitməsi üçün çalışırıq”.
Xatırladaq ki, bundan əvvəl ukraynalı deputat Aleksey Qonçarenko Trampın 28 bənddən ibarət sülh planını açıqlamışdı. Bundan başqa, Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin sənədi noyabrın 27-dək imzalayacağına ümid edir.
Onu da bildirək ki, plan Ukraynanın NATO-dan imtinasını, yeni sərhədlərin tanınmasını, bufer zonanın yaradılmasını, ordunun məhdudlaşdırılmasını və Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini nəzərdə tutur.