Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu mebel fabrikinin fəaliyyəti dayandırıldı
 
						Bu mebel fabrikinin fəaliyyəti dayandırıldı
Əlavə olunub: 04.19.2025 | 14:24 | Baxılıb: 4025
Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb.

Bu barədə “omrum.az”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikinin istehsal sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.