Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 22:19 | Baxılıb: 1234
Yaponiya hökuməti qadınlara qarşı zorakılıq və təqib hallarının qarşısını almaq məqsədilə “Bluetooth” texnologiyasının istifadəsinə məhdudiyyətlər tətbiq edib.

“omrum.az” xəbər verir ki, yeni qanun layihəsinə əsasən, polis orqanları artıq potensial qurbanın şikayəti olmadan da müdaxilə edə biləcək.

Qanun layihəsi dekabr ayında parlamentdə müzakirəyə çıxarılacaq və yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, bu qərar Kanoqava bölgəsində baş vermiş faciəli hadisədən sonra hazırlanıb. Belə ki, bir kişi keçmiş sevgilisini “Bluetooth” vasitəsilə izləyərək öldürüb.

Xatırladaq ki, Yaponiyada 2021-ci ildə GPS izləmə cihazlarından istifadəyə də qadağa qoyulmuşdu. Statistikalara görə, 2023-cü ildə “Bluetooth” vasitəsilə 196, 2024-cü ildə isə 370 cinayət hadisəsi qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.