Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 21:40 | Baxılıb: 2344
Uelsin cənub-şərqindəki Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya və xilasetmə əməliyyatlarını davam etdirir, şəhər sakinlərinin təhlükəsizliyi üçün yoxlamalar aparırlar.

Böyük Britaniyada həftəsonu yağışlı hava şəraiti davam edəcək, gələn həftə isə kəskin soyuq hava proqnozlaşdırılır. Hazırda İngiltərədə təxminən 50, Uelsdə isə 9 daşqın xəbərdarlığı qüvvədədir.

Monnou çayının daşması nəticəsində şəhər mərkəzində çox sayda ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir qismi təhlükəsizlik səbəbilə şəhər kitabxanasına təxliyə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.