“omrum.az” “Caliber”ə istinadən xəbər verir ki, buna səbəb teleqramın rəqəmsal platformalar haqqında Vyetnam qanunlarına əməl etməkdən imtina etməsi ilə bağlıdır.
Belə ki, Vyetnamda fəaliyyət göstərən 9600 teleqram kanalının və qruplarının təxminən 68%-nin qeyri-qanuni fəaliyyətlə məşğul olduğu aşkarlanıb. Buna isə fırıldaqçılıq, narkotik vasitələrin yayılması və bir çox nüanslar daxildir.
Qeyd olunub ki, bu səbəblərdən operatorlara mayın 21-dən iyunun 2-dək bloklamaq tapşırılıb.Teleqram rəhbərliyi isə bu qərara heyrətləndiyini bildirib.
Mənbənin yazdığına görə, platforma hazırda əlçatandır.