Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 19:16 | Baxılıb: 3150
Efiopiyada ilk dəfə yoluxucu Marburq virusunun yayılması rəsmən təsdiqlənib.

“omrum.az"in “Bloomberg”ə istinadən məlumatına görə, ölkənin cənub bölgəsində - Cənubi Sudan sərhədi yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, müəyyən olunan virus Şərqi Afrikada əvvəlki epidemiyalarda rast gəlinən ştamla eynidir. Təşkilat hadisəyə reaksiyadan ötrü Efiopiyaya ehtiyat fondlarından 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.

Məlumata əsasən, ölkənin sərhədlərində sanitar və karantin nəzarəti gücləndirilib. Bununla yanaşı, Marburq virusunu müəyyən etmək üçün test sistemi hazırlanıb və xəstəlikdən qorunma məqsədilə vaksin üzərində iş aparılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.