Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.30.2025 | 13:13 | Baxılıb: 1999
Dünyanın 5 ölkəsində aclıq təhlükəsi var.

“omrum.az” xəbər verir ki, bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ilə əlaqələr üzrə ofisinin direktoru Oleq Kobyakov bildirib.

Kobyakovun sözlərinə görə, bu problem Qəzza zolağı, Sudan, Cənubi Sudan, Mali və Haitidə müşahidə olunur. Ümumilikdə bu il dünya əhalisinin 9,1 faizi aclıqla üzləşib ki, bu da təxminən 735 milyon insan deməkdir.

Kobyakov xəbərdarlıq edib ki, bu insanlar orqanizmin ən azı əsas fizioloji ehtiyaclarını ödəmək üçün kifayət qədər qidaya malik deyillər.

Onun sözlərinə görə, konkret olaraq Qəzza zolağına gəlincə, orada iki milyona yaxın insan hazırda aclıq təhlükəsi ilə üz-üzədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.