Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsinə bağladı
 
						Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsinə bağladı
Əlavə olunub: 05.07.2025 | 07:34 | Baxılıb: 5711
Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsinin öz hava məkanlarında uçuşuna icazə verməyəcək.

“omrum.az” xəbər verir ki, bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Litva hökuməti Serbiya Prezidentini daşıyan təyyarənin öz hava məkanına buraxılmamasını “texniki və diplomatik həssaslıq” kimi izah edib.

Latviya tərəfi isə bu qərarı “uçuşun məqsədinin siyasi həssaslığı” ilə əsaslandırıb.

Qeyd edək ki, mayın 9-da Moskvada Serbiya və Rusiya prezidentlərinin görüşü planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.