“omrum.az” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd edək ki, bu gecə İsrail İrana hava zərbələri endirdiyini açıqlayıb. İran KİV isə paytaxt Tehranda ardıcıl partlayış səsləri eşidildiyini bəyan edib.
***
İran KİV bildirir ki, Tehranda Mehrabad hava limanında da bütün uçuşlar ləğv edilib.
***
IRNA xəbər verir ki, İsrail İrandan gələ biləcək mümkün cavabla bağlı öz hava məkanını bağlayıb.
***
IRNA-nın məlumatına görə, İraq da hava məkanını bütün uçuşlar üçün bağlayıb.
***
İran Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanının ikinci bir bildirişədək tamamilə bağlandığını elan edib.