Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ölkələrdə sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti gözlənilir
 
						Bu ölkələrdə sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti gözlənilir
Əlavə olunub: 05.16.2025 | 10:16 | Baxılıb: 798
Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı əldə etdiyi sənədlərə istinadən “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, bu ölkələrin rəqəmsal texnologiyalardan məsul nazirləri Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə öz səylərini koordinasiya etməyi müzakirə edəcəklər. Sözügedən görüşün isə iyunun 6-da keçiriləcəyi planlaşdırılır. 

Məhdudiyyətlərin yeniyetmələrə şamil ediləcəyi və bu tədbirlər çərçivəsində cihazlarda yaşın yoxlanılması üçün sistemlərin yaradılacağı gözlənilir. 

Xatırladaq ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşdan aşağı şəxslərə sosial şəbəkələrdən istifadə etməyi və yeni hesablar yaratmağı qadağan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.