
“omrum.az” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” - “Qarabağ” matçından (2:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bir az problem yarada bilər. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi”, o qeyd edib.