Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 13:54 | Baxılıb: 1469
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçiriləcək.

“omrum.az” “İnterfaks”a istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov görüşün saatını açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Bakı vaxtı ilə təqribən saat 18:00-da başlayacaq. 

Peskov xatırladıb ki, Moskvaya səfərdən əvvəl ABŞ rəhbərliyi iki həftə ərzində Ukrayna tərəfi ilə intensiv iş aparıb. 

Qeyd edək ki, S.Uitkoff ilk dəfə Moskvaya bu ilin fevralında səfər edib. Daha sonra xüsusi nümayəndə bir neçə dəfə yenidən Moskvada və Sankt-Peterburqda olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.